Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Media / Azərbaycanda elektrobus istehsal olunacaq

Azərbaycanda elektrobus istehsal olunacaq

Gəncə Avtomobil Zavodunda 2017-ci ilin yanvarından “Eurabus” elektrik avtobuslarının yığılmasına başlanılacaq.

Bu sözləri bu gün Trend-ə “Gəncə Avtomobil Zavodu” İB-nin müşahidə şurasının sədri Xanlar Fətiyev deyib.

Onun sözlərinə görə, zavodun ilkin istehsalat gücü ildə 350-400 avtobus olaraq planlaşdırılıb.

Almaniyanın “Eurabus” şirkətinin baş direktoru Kristian Zayts iki şirkət arasında müqavilənin yaxın iki ay ərzində imzalanacağını deyib.

O, artıq ilk elektrobusun test sınağından keçirildiyini də bildirib. Gəncədə yığılacaq elektrobusların xarici ölkələrə, xüsusilə Gürcüstana ixrac olunması da planlaşdırılır.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın