Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İslam Kərimovun adına fond yaradıldı

İslam Kərimovun adına fond yaradıldı

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun adına xeyriyyə fondu təsis edilib.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, fond prezidentin xanımı Tatyana Kərimova və kiçik qızı Lola Kərimova – Tillayeva tərəfindən yaradılıb. Bu barədə Lola Kərimova öz feysbuk hesabında məlumat yayıb.

Onun sözlərinə görə, fond İslam Kərimovun muzeyini yaratmağı, həmçinin ölkənin tarixi, mədəni və ədəbi irsinin ölkə daxilində və xaricdə populyarlaşdırılmasını planlaşdırır. Bundan başqa, fond müxtəlif elmi-maarifləndirmə və mədəni proqramlar həyata keçirmək niyyətindədir.

Xatırladaq ki, İslam Kərimov sentyabrın 2-də dünyasını dəyişmişdi. Ölkənin yeni prezidenti isə dekabrın 4-də seçiləcək.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın