Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Azərbaycan diplomatı içib qəza törətdi – VİDEO

Azərbaycan diplomatı içib qəza törətdi – VİDEO

Azərbaycanın Kiyevdəki səfirliyinin yüksək vəzifəli əməkdaşı, yaxud ola bilsin ki, səfirin özü sərxoş vəziyyətdə xidməti avtomobili yüksək sürətlə idarə edərək ağır qəza törədib.

Hadisə bu gün oktyabrın 15-də Kiyevin Bessarabiya meydanı yaxınlığında baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, səfirliyin “Mitsubishi Outlander” markalı avtomobili yüksək sürətlə hərəkətdə olarkən Kreşatik meydanından Şevçenko bulvarına  doğru dönməyə çalışıb. Bu zaman hərəkət sürəti yüksək olduğundan avtomobil idarəetməni itirərək səkiyə çıxıb, orada beton manəyə dəyərək yolun qarşı hərəkət hissəsinə çıxıb, orada “Renault” və “Toyota” markalı iki avtomobili vurub.

Qəza nəticəsində bir nəfər-“Renault”nun sürücüsü ciddi xəsarət alıb. Qəzadan sonra diplomatın avtombili qısa zamanda hadisə yerindən evakuasiya edilib. Bildirilir ki, sükan arxasında ya səfirin özü, ya da onun müavini olub. Digər məlumata görə sükan arxasında Azərbaycan konsulu imiş. Qəzadan sonra Şevçenko bulvarında nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Hələlik polis qəzaya səbəb olan sürücü ilə bağlı məlumat yaymayıb.

Şahidlərin bildirdiyinə görə,qəzadan sonra hadisə yerinə post-patrul xidmətinin əməkdaşları ilə yanaşı Ukrayna Təhlükəsizlik Xidmətinin işçiləri də gəlib. Qəzaya səbəb olan diplomatın özünün xəsarət alıb-almadığı haqda məlumat yoxdur. Qəzada “Toyota” avtomobilinin sürücüsü də yüngül xəsarət alıb.

Virtualaz.org

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın