Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, paytaxtda və yarımadada şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-13°, gündüz 14-17°, Bakıda gecə 11-13°, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % olacaq.

Rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-14°, gündüz 15-20°, dağlarda gecə 3-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın