Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Media / “Axund FTKA”nın rəhbəri özgəsinin torpağını öz oğluna satıb?

“Axund FTKA”nın rəhbəri özgəsinin torpağını öz oğluna satıb?

İyulun 20-də qafqaznews.az saytında “Orucəli Hacıyevin adı Pirşağıda torpaq fırıldağında hallanır-– ŞİKAYƏT ” başlıqlı yazı dərc olunmuşdu.

Yazıda bildirilirdi ki, sayta Bakı şəhər sakini Zöhrab Zülfi oğlu Əliyev bildirib ki, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevlə yaxınlığı olan Fuad Axundov adlı sahibkar onu və 16 nəfər mülkiyyət sahibini aldadaraq, ümumilikdə 2 hektara yaxın torpaq sahəsini mənimsəyib.
Z.Əliyevin və digər 16 torpaq sahibinin imzası olan ərizədə deyilir: “2010-cu ildə tanışlıq münasibətlərimiz olan “Axund FTKA” şirkətinin sahibi Fuad Kamal oğlu Axundov mənə bildirdi ki, Pirşağı qəsəbəsində böyük torpaq sahəsi əldə etmək istəyir. Onun sözlərinə görə, rəhbərlik etdiyi “Axund FTKA” şirkəti həmin ərazidə kotteclərdən ibarət böyük istirahət kompleksi tikəcək.

Pirşağıda, dəniz sahilində mənim dostlarım və qohumlarımın torpaq sahələri var idi. O mənə təklif etdi ki, onlardan etibarnamə alım və sonra ona satım.Fuad Axundov mənə bildirmişdi ki, bu işdə əsas söz sahibi “ağsaqqal” deyə təqdim etdiyi fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevdir. F.Axundovun sözlərinə görə, bu torpaqların pulunu və tikiləcək istirahət kompleksinin də sərmayəsini Orucəli Hacıyev verəcəkdi. Mən həmin ərazidə hər birinin 0,12 hektar qanuni torpaq sahəsi olan 16 nəfərlə danışaraq, onlardan etibarnamə aldım. Məsələni torpaq sahiblərinə izah etdim”, – deyə Z.Əliyev qeyd edib.
skachanny-e-fajly-1-517Onun sözlərinə görə, təxminən 2 hektara yaxın ərazinin etibarnaməsini aldıqdan sonra, Fuadla əlaqə saxlayıb və torpaq sahələrini nə vaxt alacağını soruşub.“O, məni inandırdı ki, tezliklə “ağsaqqal” dediyi Orucəli Hacıyevlə görüşəcək və ondan sərmayə alacaq, lakin ilk əvvəl mən ona etibarnamə verməliyəm. F.Axundovun sözlərinə görə, o, etibarnamələri Orucəli Hacıyevə göstərərək, onu sərmayə yatırmağa inandırmalı idi. Beləliklə, Fuad Axundov mənim etibarımdan sui-istifadə edərək, həmin torpaq sahələrinə 16 mülkiyyət sahibinin adına etibarnamə aldı.

Mən torpaq sahiblərinin şifahi razılığını alaraq, onların mənə verdiyi etibarnamələri Fuad Axundovun adına dövr etdim. İnanırdım ki, bu işdə nazir müavininin adı varsa, hər hansı fırıldaq olmaz. Ondan sonra Fuad Axundovdan səs çıxmadı və məsələ uzandı. Mən Fuad Axundovla görüşmək istəyəndə isə, o, mənim zənglərimə cavab vermədi və daim görüşdən qaçdı. Daha sonra isə öyrəndim ki, Fuad Axundov mülkiyyət sahiblərinin xəbəri olmadan həmin torpaq sahələrini 2012-ci ildə özünə yaxın adamlara, ailə üzvlərinə (həyat yoldaşına və oğluna)“satıb”. Daha doğrusu, Fuad Axundov formal “alqı-satqı” prosesi ilə, özgələrinin əmlakını mənimsəyib. Həmin ərazidə hələ də tikinti başlamayıb, lakin Fuad Axundov həmin torpaq sahələrini özününküləşdirərək, vətəndaşların dədə-baba torpaqlarını, bağ sahələrini zəbt edib. Mən bu hadisədən sonra dəfələrlə həm Fuad Axundovla, həm də FHN başçısının müavini Orucəli Hacıyevlə görüşməyə çalışdım, lakin cəhdlərim boşa çıxdı. Son nəticə olaraq, mən 16 mülkiyyət sahibinin yanında yalançı çıxdım. Sizdən xahiş edirəm ki, vətəndaşların mülkiyyət hüquqlarının bərpası naminə, Fuad Axundovun fırıldaqçı əməllərini araşdıraraq, ictimailəşdirəsiniz. Sözlərimin sübutu olaraq, sizə müvafiq sənədlərin surətini də təqdim edirəm” , – deyə Z.Əliyev əlavə edib.13814455_1739665829626620_30173681_n
Həmçinin, 16 mülkiyyət sahibi də eyni ərizədə Zöhrab Əliyevin sözlərini təsdiqləyiblər: “Zöhrab Zülfi oğlu Əliyevin bu ərizədəki sözlərinin həqiqiliyini öz imzamızla təsdiq edirik və bildiririk ki, “Axund FTKA” şirkətinin sahibi Fuad Kamal oğlu Axundov bizim etibarımızdan sui-istifadə edərək, qanuni mülkiyyətimizi mənimsəyib. Baş verən alqı-satqı prosesindən isə bizim xəbərimiz olmayıb və mülkiyyət sahibi olaraq, bu alqı-satqıya görə bizə heç nə verilməyib”.
Mirismayıl Miryəhyaoğlu, Nəcəfzadə Aslan Nəcəf oğlu, Yaqubov Əfqan Sabir oğlu, Nəcəfov Salman Əjdər oğlu, Yaqubov Mübariz Sabir oğlu, Hacıbəyov Teymur Adil oğlu, Nəcəfov Sərdar Mirismayıl oğlu, Yəhyayev Muxtar Mirismayıl oğlu və digərləri (bir neçə şikayətçi xanım olduğuna görə, adlarının hələlik mətbuatda açıqlanmamasını xahiş ediblər – red.) də bu ərizəni imzalayıblar.

Görəsən, Zöhrab Əliyevin dedikləri doğrudurmu? Görəsən, Fuad Axundov etibarnamə aldığı torpaq sahələrini öz oğlu və həyat yoldaşına satıb? Bu suala cavab almaq üçün, Fuad Axundovun özünə zəng etdik.

“Nə fərqi var, kiminlə alqı- satqı eləmişəm? Bu sizi niyə maraqlandırır? Müstəntiqsiniz?”, – deyə “Axund FTKA”nın rəhbəri sualımıza sualla cavab verdi.“Zöhrab Əliyev iddia edir ki, o və qohumları sizə satılan torpaq sahələrinə görə heç nə almayıblar. Bu doğrudur?”, – deyə soruşduq.

“Mən sizin suallarınıza cavab verməyə borcluyam?” – deyə Fuad Axundov yenə də suala sualla cavab verdi. Zöhrab Əliyevin sözlərinə görə, Fuad Axundov ona bildirmişdi ki, rəhbərlik etdiyi şirkət sözügedən torpaq sahələrində kotteclərdən ibarət iri istirahət mərkəzi tikməyə hazırlaşır. Biz aydınlaşdırmaq istədik, “Axund FTKA” şirkəti Pirşağı qəsəbəsi ərazisində istirahət mərkəzi tikməyə hazırlaşırmı? “Axund FTKA” şirkətinin satış meneceri Fidan Əhmədova sayta bildirdi ki, şirkətin Pirşağıda torpaq alıb-almadığı ona məlum deyil. “Əgər belə alqı-satqı olsaydı, mənim də xəbərim olardı”, – deyə Fidan Əhmədova qeyd etdi.

Həmçinin oxuyun

ANS Vahid Mustafayevlə bağlı xəbərə cavab verdi

ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov bəzi saytlarda ANS-in prezidenti Vahid Mustafayevin …

Bir cavab yazın