Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Jurnalist Pavel Şeremeti öldürən azərbaycanlı kriminal avtoritetin cangüdənidir

Jurnalist Pavel Şeremeti öldürən azərbaycanlı kriminal avtoritetin cangüdənidir

Ukraynada nüfuzlu telejurnalist Pavel Şeremetin avtomobilini partladanlardan birinin kimliyi təsbit olunub.

Virtualaz.org Ukrayna mənbələrinə istinadən xəbər verir ki, jurnalistin avtomobilinin altına bomba yerləşdirilməsini əks etdirən videokadrların yayılmasından sonra bu işi həyata keçirən kişinin Moskva sakini, son illər Ukraynanın Çernovets şəhərində yaşayan azərbaycanlı kriminal avtoritetin mühafizəçisi olduğu müəyyənləşib. Onun kimliyi açıqlanmır.

Xəbər verildiyi kimi bir gün əvvəl Kiyevdə Pavel Şeremetin avtombilinin altına bomba qoyulmasını əks etdirən videokadrlar yayılıb. Kadrlardan görünür ki, bombanı avtomobilin altına yerləşdirən qadındır, ona bir nəfər kişi yardım edir. Görüntülərə əsasən həmin şəxs Ukrayna ərazisində bir sıra qətllər törətmiş killerə çox oxşayır. O, habelə Ukrayna Ədliyyə Nazirliyinin məhkəmə tibbi-ekspertiza İnstitutunun direktorunu da qətlə yetirib. Killerin xüsusi əlaməti onun axsaq olmasıdır.

Həmin axsaq killeri görən şahidlər deyirlər ki, o, hadisə yerindən qaçanda hər iki ayağı ilə axsayırmış və bədəninin bütün ağırlığını ayaq pəncələrinə salırmış. Killeri 2009-cu ilin sentyabrında Kiyevdə daha bir qətl törədərkən görənlər olub. O vaxt killerin kimliyi müəyyən olunsa da o, Krımda gizlənə bilib. Əməliyyat məlumatlarına əsasən Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra killer Ukraynaya qayıdıb. Çernovets şəhərində keçmiş Moskva sakini olan azərbaycanlı kriminal avtoritetin mühafizəçisi olub.

Killerin dəst-xəttinə o cümlədən avtomobilin partladılması yoluyla qurbanın öldürülməsi daxildir. Bu ilin aprelində Kiyevdə loqistika firmasnın sahibinin avtomobilinin altına bomba yerləşdirən də odur,  killer partlayıcını internet üzərindən partlatmaq istəyib, ancaq həmin partlayıcı işə düşməyib.

Axsaq killerin bandasının Ukraynada bir çox sifarişli qətllər törətdiyi də bildirilir. Lakin Ukrayna hüquq-mühafizə orqanları hələlik onun kimliyini açıqlamır.

44 yaşlı rusiyalı telejurnalist Pavel Şeremet son beş ildə Kiyevdə yaşayıb. O, 2012-ci ildən “Ukrainskaya pravda” ilə əməkdaşlığa başlayıb, 2015-ci ilin sentyabrından isə “Radio Vesti”də müəllif proqramının aparıcısı olub. Ukraynaya gələnə kimi Şeremet “Birinci kanal”da “Vremya” həftəlik analitik proqramının aparıcısı idi. 2008-ci ildə kanaldan getdikdən sonra “Oqanyok” jurnalının ictimai-siyasi şöbəsinin redaktoru işləyib.

Şeremet iyulun 20-də işə gedərkən Kiyevin mərkəzində Boqadan Xmelenski və İvan Franko küçələrinin kəsişməsində minalanmış avtomobilin partladılması nəticəsində faciəli şəkildə həlak olub.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın