Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Media / Aşqarlar Kimyası İnstitutunda nə baş verir? – İDDİA

Aşqarlar Kimyası İnstitutunda nə baş verir? – İDDİA

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun fəaliyyəti elm adamlarının, ziyalıların ciddi narazılığına səbəb olur. Belə ki, keçmiş SSRİ-də sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarların 1945-ci ildə Kuybışev adına AzETNEİ-də fəaliyyət göstərən və akademik Əli Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində yaradıldığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, 1987-ci ildən Aşqarlar Kimyası İnstitutuna rəhbərlik edən akademik Vaqif Məcid oğlu Fərzəliyev üzərinə düşən vəzifəni layiqincə icra edə bilmir. Beləliklə, Vaqif Fərzəliyevin 1939-cu ildə Bakı şəhərində anadan olduğunu, 1963-cü ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra təyinatla Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna göndərildiyini, həmin il aspiranturaya daxil olduğunu, 1968-ci ildə namizədlik dissertasiyası müdafiə etdiyini, 1967-1987-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda kiçik və böyük elmi işçi, «Sürtkü yağlarına polimer aşqarlar» laboratoriyası müdirinin müavini, «Aşqarların sintezi və təsir mexanizminin elmi əsasları» laboratoriyasının rəhbəri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışdığını deyən mənbənin sözlərinə görə, o, pensiya yaşı çoxdan çatmasına baxmayaraq, düz 29 ildir ki, Aşqarlar Kimyası İnstitutuna rəhbərlik edir: «Nəzərinizə çatdırım ki, Aşqarlar Kimyası İnstitutunun elmi-tədqiqat işlərinin əsas istiqamətləri aşqarlar kimyasının nəzəri problemlərinin öyrənilməsi – aşqarların təsir mexanizminin, onların tərkibi ilə funksional təsiri arasındakı asılılıq, aşqarların sinergizmi və antoqonizmi, onların sintezi üçün istifadə olunan müxtəlif üzvi reaksiyaların kinetikası və mexanizminin öyrənilməsi istiqamətində fundamental tədqiqatlar, yeni üzvi maddələrin sintezi və onların sürtkü yağlarına, yanacaqlara, yağlayıcı-soyuducu və digər xüsusi mayelərə aşqar və metalların korroziya inhibitorları kimi tədqiqi, müxtəlif növ aşqarların funksional xassələrinin tədqiqi və aşqar kompozisiyalırının işlənib hazırlanması, yeni sintez olunmuş aşqarlar əsasında müxtəlif növ sürtkü yağı və yanacaq kompozisiyalarının, yağlayıcı-soyuducu və digər xüsusi mayelərin işlənib hazırlanması, yeni sintez olunmuş yüksək təsirli aşqar və korroziya inhibitorlarının istehsal prosesləri texnologiyasının işlənib hazırlanması, modelləşdirilməsi və optimallaşdırılmasından ibarətdir.

Qeyd edim ki, 230 işçisi olan institutda motor yağlarına çoxfunksiyalı aşqarlar laboratoriyası, mühərrik yağlarına yuyucu-dispersiyaedici aşqarlar laboratoriyası, transmissiya və sənaye yağları üçün aşqar və aşqar kompozisiyaları laboratoriyası, korroziya inihibitorları laboratoriyası, aşqarların texnologiyası laboratoriyası, polimer aşqarlar laboratoriyası, yanacaqlara aşqarlar laboratoriyası, yağlayıcı- soyuducu mayelərə aşqarlar laboratoriyası, aşqarların sintez və təsir mexanizminin nəzəri əsasları laboratoriyası, yeni üzvi birləşmələrin, aşqarların və müxtəlif kompozisiyaların fiziki-kimyəvi tədqiqi laboratoriyası, motor yağlarına aşqar kompozisiyaları laboratoriyası, mühafizəedici aşqarlar laboratoriyası, potent tədqiqatları və aşqarlar kimyası sahəsində elmi işlərin proqnozlaşdırılması laboratoriyası, aşqarların, sürtkü yağlarının, sürtkülərin və xüsusi mayelərin tətbiqinin elmi əsasları laboratoriyası və tarixi-kimyəvi tədqiqatlar laboratoriyası fəaliyyət göstərir.

Aşqarlar Kimyası İnstitutunda yaşanan olaylara gəlincə, bildirilir ki, Vaqif Fərzəliyevin rəhbərlik etdiyi institutda çalışanların əksəriyyəti pensiya yaşını keçmiş şəxslərdir. Belə ki, onların arasında gənc nəslin nümayəndəsini tapmaq qaranlıqda iynə axtarmaq qədər müşküldür. Məhz elə bu səbəbdən də Aşqarlar Kimyası İnstitutu son zamanlar heç bir ciddi irəliləyişlərə, nailiyyətlərə imza ata bilməyib. Ümumiyyətlə, Aşqarlar Kimyası İnstitutunda gəncləşmə siyasətinə dair heç bir işartı gözə dəymir». Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, Vaqif Fərzəliyevin rəhbərlik etdiyi institutda «ölü canlar» mövcuddur. Belə ki, bəzi işçilərin adlarının olub, özlərinin isə olmadığını iddia edən məlumatlı şəxs bildirir ki, onların bir qismi həftədə bir dəfə işə gəlib-gedirlər: «Deyilənlərə görə, Aşqarlar Kimyası İnstitutunun fəailiyyəti araşdırılsa bircə samballı elmi işin olmadığı aşkara çıxar. Halbuki institutun normal şəkildə fəaliyyət göstərməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Lakin Vaqif Fərzəliyevin rəhbərlik etdiyi institutun işçilərinin əksəriyyətinin yaşının 70-dən yuxarı olması səbəbindən onlar hər hansı elmi araşdırma aparmaq iqtidarında deyil. Məsələnin maraqlı tərəfi ondadır ki, Aşqarlar Kimyası İnstitutunun uzun illərdən bəri fəaliyyət göstərməsinə baxmayaraq, ölkəmizə sürtkü yağları hələ də xaricdən gəlir. Bu isə onu deməyə əsas verir ki, Vaqif Fərzəliyevin rəhbərlik etdiyi institut üzərinə düşən vəzifələri lazımınca icra edə bilmir. Elə buna görə də tez bir zamanda Aşqarlar Kimyası İnstitutunda ciddi kadr dəyişikliyi aparılmalı, 30 ilə yaxın instituta rəhbərlik edən Vaqif Fərzəliyev daha gənc kadrla əvəz olunmalıdır. Əgər bu baş verməsə, o zaman büdcə vəsaitləri havaya sovrulmağa davam edəcək». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …

Bir cavab yazın