Şənbə , Oktyabr 24 2020
Ana səhifə / İqtisadiyyat / Arda Turan qumara qurşanıb

Arda Turan qumara qurşanıb

Türkiyə millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Arda Turan barədə növbəti məlumatlar dərc olunub.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ispaniyalı jurnalist Julian Karasko xəbərdə qeyd edib ki, A.Turan qumara qurşanıb.

Jurnalist məlumatda onu da deyib ki, türkiyəli futbolçudan savayı “Barselona”nın bir neçə futbolçusu da qumar oynayır: “Arda poker oyununa bağlanıb. O, “Herkules”lə oyununda xəyallarda idi. Ağlı futbolda deyildi. Bu hərəkəti ilə “Barselona”da forma şansı qazanmaq çox çətin görsənir. Ancaq Messi, Suarez, İniesta, Neymar ve Pike kimi oyunçularla dostluğu sayəsində çox müzakirə, tənqid olunmur. Klubda olan dostları onu mediaya qarşı qoruyur”.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …

Bir cavab yazın