Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Media / 24 ildir Azərbaycan vətəndaşı ola bilmir – VİDEO

24 ildir Azərbaycan vətəndaşı ola bilmir – VİDEO

24 ildir ki, Qobustanın Xilmilli kəndində yaşayan Faiq Haqverdiyev Azərbaycan vətəndaşlığı ala bilmir.
O, 1982-ci ildə Gürcüstan respublikasının Dımanisi rayonunda doğulub. 10 yaşı olarkən Azərbaycana köç edib və orta təhsilini də burada alıb.
 Azinforum.az ARB TV-yə istinadən bildirir ki, Faiq bu müddət ərzində Azərbaycan vətəndaşı olduğunu təsdiq edən hər hansı bir sənədə sahib ola bilməyib. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsə də 24 ildir ki, problemi həll olunmayıb.
Nə qədər qəribə olsa da vətəndaşlıq ala bilməyən Faiq 2000-ci ildə həqiqi hərbi xidmətə göndərilib. Onun iddiasına görə, Qobustan rayon Hərbi Komisarlığına çağırılarkən əlində yalnız doğum haqqında şəhadətnamə olub ki, bu da ona Gürcüstan Respublikası tərəfindən verilib.
Vətəndaşlıq ala bilməməsi Faiq Haqverdiyevin ailəsi üçün problem yaradır. 14 il əvvəl ailə qurmasına baxmayaraq hələ də rəsmi nikah bağlaya bilməyib. Ən böyük problem isə övladları ilə bağlıdır. Cütlüyün 2 övladı 7 və 5 ci sinifdə oxuyur. Sənədlərin olmaması səbəbində onların təhsili 9 -cu sinifdən etibarən məhdudlaşdırılacaq.
Məsələ ilə bağlı Qobustan rayon polis şöbəsinin qeydiyyat bölməsi ilə əlaqə saxladıq. Bizə bildirildi ki, sözü gedən şəxslərin problemi haqqında məlumatlıdırlar. Onların şəxsiyyət vəsiqəsi ilə təmin olunması yalnız dövlət miqrasiya idarəsi tərəfindən həyata keçirilə bilər. “Vətəndaşlıq mənsubiyyətinin tanıması ” barədə sənəd Qobustan rayon polis bölməsinin Qeydiyyat şöbəsinə təqdim olunduğu təqdirdə ona şəxsiyyət vəsiqəsi veriləcək. Gürcüstan respublikası vətəndaşılıqın qəbul etmək istədikləri halda isə bu ölkənin səfirliyinə müraciət edərək “Ölkədən çıxma vərəqəsi ” alaraq geri qayıda bilər.

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …

Bir cavab yazın