Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / ABŞ-ın Mosul əməliyyatı başladı

ABŞ-ın Mosul əməliyyatı başladı

İraq və ABŞ hərbi qüvvələri İŞİD-in nəzarətində olan Mosul şəhərinin şərq hissəsinə intensiv artilleriya zərbələri endirməyə başlayıblar.

Bu barədə “Sputnik” agentliyinə İraqın təhlükəsizlik qüvvələrindəki mənbə bildirib.

Məlumata görə, zərbələr həlledici əməliyyata başlanmazdan öncə müəyyənləşdirilmiş hədəflərin məhv edilməsi məqsədi ilə endirilir. Mənbə əraziyə koalisiyaya məxsus gücləndirilmiş aviasiyanın cəlb olunduğunu da qeyd edib.

O da bildirilir ki, Türkiyə hərbçiləri yerüstü əməliyyatlarda iştirak etmirlər.

Bundan əvvəl İraq Hərbi Hava Qüvvələri Mosula hücumla bağlı sakinləri xəbərdar etmək üçün şəhərə minlərlə vərəqə atıb.

APA-nın verdiyi məlumata görə, qırıcı təyyarələrdən atılan vərəqələrdə qeyd edilib ki, Mosulun azad edilməsinə, regionda təhlükəsizliyin və sabitliyin bərqərar edilməsinə hazırlıq aparılır. Mosul sakinlərindən evlərini tərk etməmək, qapı və pəncərələri bağlamaq, İŞİD terror təşkilatının mövqelərinə yaxınlaşmamaq xahiş edilib. Xəbərdarlıq vərəqlərdə terrorçuların fəaliyyəti ilə bağlı məlumatın verilməsi üçün telefon nömrəsi də yazılıb.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın