Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Media / Əmlak Komitəsindəku Apellyasiya Şurası şikayətlərə operativ baxacaq

Əmlak Komitəsindəku Apellyasiya Şurası şikayətlərə operativ baxacaq

Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) yaradılmış Apellyasiya Şurasının bu gün ilk iclası keçirilib. ƏMDK-dan Azinforum.az-a verilən məlumata görə, iclasda şuranın cari fəaliyyətinin təşkili, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən daxil olan şikayətlərə baxılması qaydaları, araşdırma üsulları və forması, qərarların qəbulu və onların icrası, şikayətlərin təhlili və qeydiyyatı, qanunla açıqlanması qadağan edilən məlumatların qorunması və digər məsələlər müzakirə edilib.

Apellyasiya Şurasının sədri qurumun səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlarını verib. Şuraya daxil olan şikayətlər üzrə araşdırma işinin ən qısa zamanda aparılması və müraciətlərin operativ cavablandırılması tapşırılıb.
Xatırladaq ki, ƏMDK-da Apellyasiya Şurası prezidentinin fərmanı yaradılıb. Komitə sədrinin müavini Rüstəm Şahbazov Şuranın sədri, eləcə də qurumun 6 üzvü təyin edilib. Eyni zamanda, Apellyasiya Şurasının 5 nəfərdən ibarət olan Katibliyi də yaradılıb.
Apellyasiya Şurasının məqsədi müvafiq fərmana uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması və bu sahədə şəffaflıq, operativlik və obyektivliyin artırılmasıdır.

Həmçinin oxuyun

Türkiyə mediası Prezidentin Şuşaya səfərindən yazır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin …

Bir cavab yazın