Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Azərbaycana yeni gətirilən peyvəndin istifadəsinə başlanılıb

Azərbaycana yeni gətirilən peyvəndin istifadəsinə başlanılıb

Azərbaycana yeni gətirilən inaktivləşdirilmiş poliomielit peyvəndinin istifadəsinə başlanılıb. Bu barədə “Report”a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva məlumat verib.
O qeyd edib ki, səhiyyə naziri Oqtay Şirəliyevin profilaktik peyvənd təqviminə poliomielit əleyhinə inaktivləşdirilmiş vaksinin daxil edilməsi barədə imzaladığı əmrə əsasən, ölkə ərazisində fevralın 15-dən etibarən yeni peyvəndin tətbiqinə başlanılıb.
Yeni vaksinin ölkədə fəaliyyət göstərən bütün peyvənd məntəqələrinə paylanıldığını deyən Mərkəz direktorunun müavini bildirib ki, vaksin pnevmokok peyvəndi ilə eyni gündə 6 ayı tamam olmuş uşaqlara yalnız bir dəfə vurulur: “Artıq bütün poliklinikalarda peyvənd var. Yəni, peyvənd vurulması vaxtı çatan bütün uşaqlar poliklinikalara dəvət olunur və artıq yeni vaksin vurulan uşaqlar da olub. Hətta rayonlarda da müraciət edənlər var”.
O, həmçinin əlavə edib ki, mərhələli şəkildə vaksinlərin növbəti hissəsinin yaxın zamanlarda ölkəyə gətirilməsi nəzərdə tutulur, çünki UNİCEF digər Avropa ölkələri ilə yanaşı Azərbaycanı daimi olaraq vaksinlə təmin edir.
Xatırladaq ki, Hollandiya istehsallı peyvənd 5 dozalı flakonda qablaşdırılıb. Vaksini “Bilthoven Biologicals” şirkəti hazırlayıb.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın