Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Media / Əlil gənc çarəsiz vəziyyətdə…

Əlil gənc çarəsiz vəziyyətdə…

Xocavənd rayonundan məcburi köçkün olan Quliyev Xəqani Xaqəddin oğlu hazırda yaşadığı Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsindən redaksiyamıza gələrək öz problemini bizimlə bölüşüb. 1-ci qrup əlilliyi olan 27 yaşlı Xəqani Quliyev iki azyaşlı övladını dolandırmaq üçün oturaq iş axtardığını deyib:
“Hələ bir yaşımda olarkən, peyvənd iynəsinin səhv vurulması nəticəsində polimelid xəstəliyi keçirmirşəm. Nəticədə aşağı ətraflarım deformasiyaya uğrayıb. Sağ ayağım daha ağır formadadır. Həkimlərin dediyinə görə, Türkiyədə xəstəliyimin tam olaraq müalicəsi var. Bunun üçün isə 55 min manat vəsait lazımdır. Lakin mənim problemim hazırda işsizlikdir. İki azyaşlı, 4 və 5 yaşında övladlarım var. Onları dolandırmaq üçün iş axtarıram. Əllilik üçün aldığım pensiya ailə dolanışığımıza yetmir. Bundan əvvəl anam işləyib bizə köməklik edirdi. Lakin son vaxtlar onun da xəstəliyi şiddətləndiyindən bizə yardımçı ola bilmir”.

Xəqani Quliyev iki peşə üzə bacarığı olduğunu bildirib:
“Kompyuter proqramı üzrə kurs bitirmişəm, sertifikatım var. Həmçinin əvvəllər çəkməçi işləmişəm, bu sahədə də bacarıqlıyam. Hər iki peşə üzrə oturaq iş olsa (Bakı və ya Beyləqanda olması fərq etməz) məmnuniyyətlə işləyərəm. Əsas odur ki, övladlarım üçün çörəkpulu qazana bilim”.

Qeyd edək ki, Xəqani Quliyevə iş problemində köməklik göstərmək istəyənlər aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
(055) 581 01 30; (050) 459 84 94.

Musavat.com

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …

Bir cavab yazın