Ana səhifə / Media / Lazımsız Nəqliyyat Nazirliyi

Lazımsız Nəqliyyat Nazirliyi

İyunun 25-də Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarına etdiyi dəyişiklik edib. Dəyişikliyə əsasən, bundan sonra ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları dövlət mülkiyyətində olmaqla “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin balansında olacaq (APA).

Yaxın vaxtlara qədər, Nəqliyyat Nazirliyi ən qüdrətli dövlət strukturlarından biri hesab olunurdu. Bu nazirlik həm su, həm avtomobil, həm də hava nəqliyyatına nəzarət edirdi. Nazirliyin hətta öz “polis”i var idi. Lakin bu gün belə şeylərdən söz gedə bilməz. Heç nəyə nəzarət etməyən nazirlik nəyə lazımdır? Lazımsız bir strukturu ləğv etmək və beləliklə, dövlət vəsaitinə qənaət etmək daha yaxşı olmazdımı? Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Legion.az-a bildirib ki, respublika və yerli əhəmiyyətli avtomobil yollarının “Azəravtoyol”un balansına keçmaxar.az1396522466namiqəsi Nazirlər Kabinetinin qərarına müvafiq olaraq baş verib. O, Nəqliyyat Nazirliyinin “lazımsız” struktura çevrilməsi fikriylə razı deyil.

“Bizim nazirlik hələ bəzi funksiyalarını saxlayıb. Məsələn, sərnişinlərin, habelə yüklərin beynəlxalq daşıması hələ də bizim balansımızdadır”, – deyə N.Həsənov qeyd edib. Təəssüf ki, Namiq Həsənov daha çox şərh verməkdən imtina etdi. “Mən sadəcə qeyd etmək istərdim ki, yolların “Azəravtoyol”a verilməsi idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlıdır”, – deyə mətbuat katibi əlavə edib.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın