Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Valyuta hərracında nəzərdə tutulduğundan çox dollar satılıb

Valyuta hərracında nəzərdə tutulduğundan çox dollar satılıb

Bu gün valyuta hərracında Neft Fondunun çıxartdığı 35 milyon dollardan əlavə 20 milyon 140 min dollar da satılıb.

Fins.az-ın şəxsi mənbələrinə istinadən verdiyi xəbərə görə, bununla da hərracda ümumilikdə 55 milyon 140 min dollar satılıb. Hərracın nəticəsinin də rəsmən bu qədər gec elan edilməsinə səbəb məhz sonradan çıxarılan 20 milyon dolların satılması olub.

Bank dairələrindəki mənbələr bildirirlər ki, bugünkü hərracda banklar 35 milyon dolları tənzimləyicinin düşündüyündün daha aşağı məzənnə ilə alıblar. Çünki banklarda dollar bolluğudu, üstəlik əhali əlindəki dolları aktiv şəkildə satmağa başlayıb. Bir sözlə, bazarda dollara tələbat minimuma enib. Nəticədə dolların məzənnəsi çox aşağı düşüb. Bu zaman tənzimləyici təcili surətdə daha 20 milyon dollar hərraca çıxardıb və Azərbaycanın ən iri kommersiya banklarına həmin məbləği daha yüksək məzənnəyə almaq tapşırılıb. Nəticədə manatın orta məzənnəsi sonda, rəsmi şəkildə açıqlanan 1.7279 olub.

Qeyd edək ki, valyuta hərracı Bloomberg üzərindən Mərkəzi Bankın nəzarəti altında həyata keçirilir.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın