Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Nazir: “Azərbaycanda yeni resurslara ehtiyac var”

Nazir: “Azərbaycanda yeni resurslara ehtiyac var”

“Statoil” şirkəti Azərbaycanın “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqlarının kəşfiyyatı və işlənməsi ilə bağlı tədiqiqatlarının yekunlarına dair hesabatı Energetika Nazirliyinə təqdim edib.

Energetika Nazirliyindən verilən məlumata görə, nazir Natiq Əliyev ölkə iqtisadiyyatında neft-qaz sektorunun əhəmiyyətli çəkiyə malik olduğunu, bu baxımdan gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində neft-qaz ehtiyatları və hasilatın həcmi ilə bağlı proqnozların vacibliyini bildirib.

Onun sözlərinə görə, hazırda neft-qaz yataqlarının işlənməsində iri layihələr həyata keçirilir və “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqlarının işlənməsibu istiqamətdə növbəti mərhələni təşkil edə bilər.

SOCAR ilə ”Statoil” arasında bu yataqların işlənməsi üzrə proseslərin intensivləşməsi aktuallıq kəsb etməklə yanaşı, məqsədə tam uyğundur.

“Statoil”un Azərbaycan üzrə meneceri Karsten Stoltenberq isə şirkətin Azərbaycanda 25 ildir ki, fəaliyyət göstərdiyini və ikinci ən böyük investor statusunu qoruyub saxladığını deyərək, bu illər ərzində uğurlu əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib.

O, “Statoil”un “Şahdəniz” layihəsini tərk etsə də, “Azəri-Çıraq-Günəşli”, digər layihələrdə SOCAR-ın əsas tərəfdaşlarından biri olaraq qaldığını və “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqları üzrə uzunmüddətli əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.

Energetika naziri Natiq Əliyev isə yekun olaraq deyib ki, Azərbaycanın yaratdığı infrastrukturun uzunmüddətli işləkləyinin təmin edilməsi üçün yeni resurslara ehtiyac var və belə hesablama və tədqiqatlar imkanların qiymətləndirməsi üçün son dərəcədə vacibdir. Nazir “Statoil”u işləri sürətləndirərək danışıqlar mərhələsindən saziş mərhələsinə keçirməyə çağırıb.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın