Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Rusiyada qadağan ediləcək türk malları məlum oldu

Rusiyada qadağan ediləcək türk malları məlum oldu

Moskvanın Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların tam siyahısı dekabrın 1-dək dərc olunacaq.

Buna baxmayaraq KİV-lərin əlinə ilk növbədə Rusiyaya girişi qadağan ediləcək türk məhsullarının siyahısı düşüb. “İzvestiya” qəzetinə bu siyahını Kənd Təsərrüfatı Nazirliyindəki mənbə verib.

Bu informasiyadan belə məlum olur ki, Türkiyəyə qarşı iqtisadi sanksiyalar ABŞ və Avropa İttifaqına tətbiq edilən embarqo ilə eyni olacaq.

Hökumət Türkiyədən əsasən müxtəlif növ ət və toyuq, süd və ağartı, balıq və dəniz məhsulları, fındıq və qoz, meyvə-tərəvəz, həmçinin göyərti idxalına qadağa qoymaq niyyətindədir (AZƏRTAC).

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın