Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Rusiyada azyaşlı qızları zorlayan azərbaycanlı həbs edildi — TƏFƏRRÜAT

Rusiyada azyaşlı qızları zorlayan azərbaycanlı həbs edildi — TƏFƏRRÜAT

Rusiyada azyaşlı qızları zorlayan azərbaycanlının məhkəməsi başlayır.
“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 149.2.5, 149.2.3 və 150.3.3-cü maddələri ilə təqsirli bilinən Aslanov Yaşar Səyavuş oğlununun məhkəmə prosesinin hazırlıq iclası avqust ayının 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçiriləcək.
Belə ki, 2017-ci ilin fevral ayında Ağdam rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Yaşar Aslanov tutulub.
Məlum olub ki, Yaşar Aslanov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsi (zorlama) ilə beynəlxalq axtarışda olub.

Araşdrırmalar zamanı, Yaşar Aslanovun Rusiyada olduğu zaman 4 azyaşlı rus qızını zorladığı məlum olub. Cinayətdən yayınan Yaşar Aslanov Azərbaycana gəlməyə nail olub.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …