Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / “Atışma başlayanda donuzxanaya doluşuruq…” – Ermənilər sərhəddə bu gündə yaşayır – Fotolar

“Atışma başlayanda donuzxanaya doluşuruq…” – Ermənilər sərhəddə bu gündə yaşayır – Fotolar

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən kəndlərindən birində sakinlərin yaşadığı acınacaqlı şəraiti əks etdirən görüntülər yayılıb.
Moderator.az işğalçı ölkənin mediasına istinadla xəbər verir ki, söhbət Tavuş rayonunun Vazaşen kəndindən gedir. Tovuz rayonu ilə həmsərhəd bu kənddə Azərbaycan ordusunun mövqeləri ilə üzbəüz  yarımuçuq, qəzalı evdə Armenuye Akopyan adlı 37 yaşlı qadın yaşayır. 3 övladı var. Əri borclarını ödəmək üçün Rusiyaya işləməyə gedib.
Qadın müxbirə Azərbaycan mövqelərini göstərərək deyir ki, atışma başlananda hamımız donuzxanaya doluşuruq…
Erməni ailəsi 15 ildir ki, bərbad gündə olan bu qəzalı evin ikinci mərtəbəsindəki iki otaqda yaşayır. Digər otaqlarda daha bir ailə yerləşib. A.Akopyan deyir ki, yağış yağanda otaqların hamısını su basır.
Ev kənd icmasının balansındadır. Lakin dəfələrlə müraciət edilməsinə rəğmən heç bir tədbir görülmür. Yeni  ev almaq üçün isə 2500-3000 dollar pul lazımdır.
Kənd icmasının rəhbəri Lorik Badiryan etiraf edir ki, kənddə 7-8 belə qəzalı ev var. Lakin onlar kənd icmasının balansında olmadığından  hökumət təmirə pul ayırmır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …