Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / ABŞ Avropaya Azərbaycan borusunu məshələt gördü

ABŞ Avropaya Azərbaycan borusunu məshələt gördü

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ukrayna və digər Avropa ölkələrini “Cənub axını-2” qaz idxalı layihəsinə alternativ axtarmağa çağırıb.

TASS agentliyi xəbər verir ki, o, bununla bağlı Kiyevdəki brifinqdə məlumat verib.

Onun sözlərinə görə, “Cənub axını” layihəsini müzakirə edərkən Donald Tramp bəyan edib ki, onu bu məsələnin nəinki iqtisadi, həmçinin strateji vacibliyi narahat edir. Belə ki, bu layihə “olduqca mühüm enerji resurslarının idxalçının monopoliyası”nı gücləndirəcək.

ABŞ prezidenti narahatdır ki, Avropa ölkələri özünü Rusiya enerji idxalçıları ilə sıx bağlayır. Ona görə də, Boltonun fikrincə, Avropa ölkələri, o cümlədən Ukrayna alternativ tapmalıdır.

Bununla əlaqədar Trampın müşaviri Azərbaycan qazını İtaliyaya çatdıracaq TANAP qaz kəmərini xatırladıb. Bundan başqa, o bildirib ki, Aralıq dənizi regionlarında da böyük qaz ehtiyatları var.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …