Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Kriminal / Rövnəq Abdullayev milyonlarla dollarlıq cəriməni gürcü baş nazirlə müzakirə etdi

Rövnəq Abdullayev milyonlarla dollarlıq cəriməni gürcü baş nazirlə müzakirə etdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Virtualaz.org saytı Gürcüstan hökumətinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, görüş iyulun 26-da Abdullayevin Tiflisə səfəri çərçivəsində baş tutub.

Tərəflər əsasın cari investisiya layihələrini müzakirə ediblər. Baş nazir əmin edib ki, hökumət SOCAR-ı Gürcüstanın ən iri investorlarından biri kimi yüksək qiymətləndirir.

Tərəflər habelə əməkdaşlığı dərinləşdirmək və davam etdirmək barədə razılığa gəliblər. Görüşdə “SOCAR-Georgiya” şirkətinin prezidenti Mahir Məmmədov və Gürcüstan baş naziri yanında iqtisadi şuranın katibi-biznesombudsmen Georgi Qaxariya da iştirak edib.

Bundan əvvəl xəbər verilmişdi ki, Gürcüstanın rəqabət Agentliyi SOCAR-ı rəqabət prinsiplərini pozduğuna görə 6 milyon dollardan çox cərimələyib.  “SOCAR-Georgiya” isə bu qərardan məhkəməyə şikayət verəcəklərini bildirib.

Həmçinin oxuyun

İlk dərs günü 3-cü sinif şagirdini maşın vurdu, öldü

İlk dərs günü məktəbli yol qəzasında ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə günorta saatlarında Şamaxının …

Bir cavab yazın