Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Prezident Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verdi

Prezident Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verdi

Prezident İlham Əliyev Maliyyə Sabitliyi Şurasının üzvlərini toplayaraq, onlara tapşırıqlar verib.

Bu barədə AzVision.az-a millət vəkili Vahid Əhmədov bildirib. Deputatın sözlərinə görə, prezident Azərbaycanda maliyyə sabitliyinin bərpasını təmin edəcək tədbirlər planı hazırlamaq üçün Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verib: “Şura çox çevik şəkildə həmin tədbirlər planı üzərində işləyir və bu günlərdə dövlət başçısına təqdim olunacaq”.

Deputat bildirib ki, vValyuta bazarının stabilləşməsi vacib məsələdir.

V.Əhmədovun sözlərinə görə, son günlər hüquq-mühafizə orqanları və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi tərəfindən “qara bazar”lara qarşı mübarizə tədbirləri görülür.

“Son iki gündə “qara bazar” fəaliyyət göstərmirdi. Təkcə “qara bazar” deyil, elə bankların özləri də dollar satışını dayandırmışdı. Dünən hüquq-mühafizə orqanlarının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bir yerdə apardığı əməliyyatlar mənim “qara bazar”a himayədarlıq edənlərlə bağlı parlamentdə söylədiklərimin əbəs olmadığını isbatladı. Bu adamlar faktiki olaraq “qara bazar”ı dollarla təmin edənlər idi. Ona görə də bütün günahkarlar cəzalanmalıdır. Yəqin ki, bu istiqamətdə hələ digər addımlar da atılacaq”.

Valyutadəyişmə məntəqələrinin yenidən bərpa oluna bilməsinə gəlincə, deputat qeyd edib ki, indiki şəraitdə bunların bərpasına ehtiyac yoxdur: “Ölkədə fəaliyyət göstərən bankların filialları var və onlar valyutadəyişmə əməliyyatı həyata keçirirlər. Bankların normal işləməsi üçün elə şərait yaratmaqlazımdır ki, banklarda kifayət qədər valyuta olsun və istəyən şəxs öz valyutasını dəyişə bilsin. Bankların filiallarını böyük ticarət mərkəzlərində, təyyarə limanlarında artırmaq olar ki, heç bir problem olmasın”.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın