Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Prezidentin impiçmenti elan edildi – Xalq küçələrdə

Prezidentin impiçmenti elan edildi – Xalq küçələrdə

Cənubi Koreyada xalq parlament qarşısında etirazlar keçirir.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, ölkə parlamenti prezident Pak Kın Xenin impiçmentini səsverməyə çıxarıb. Binanın qarşısına toplaşan kütlə liderin istefasını tələb edir. İnsidentlərin qarşısının alınması məqsədilə bina polislər tərəfindən mühasirəyə alınıb.

***

Cənubi Koreyada parlament prezident Pak Kın Xenin impiçmentinə səs verib. Səsvermə gizli keçirilib. Artıq səslərin hesablanmasına başlanıb. Ölkənın aparıcı kanalları parlametin iclasını canlı yayımla nümayiş etdirib.

Qeyd edək ki, prezidentin istefasına səbəb onun yaxın rəfiqəsinin adının korrupusiya qalmaqalında hallanması olub.

***

Səsvermənin yekunlaşmasından sonra parlament prezident Pak Kın Xenin impiçmentini rəsmən elan edib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın