Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Özəl kredit bürolarının yaradılması müzakirə edildi

Özəl kredit bürolarının yaradılması müzakirə edildi

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası keçirilib. ABA-dan fins.az-a verilən xəbərə görə, iclasda özəl kredit bürolarının yaradılması ilə əlaqədar müzakirələr aparılıb. Bildirilib ki, bu istiqamətdə görüləcək işlərlə bağlı ilkin fəaliyyət planı hazırlanıb. İclas zamanı kredit büroları ilə bağlı beynəlxalq təcrübəyə dair İFC-nin təqdimatı olub. Həmçinin iclasda gündəlikdə olan digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın