Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual /  FƏRƏMƏZ NOVRUZOĞLUNUN 5 İL ƏVVƏL YAZDIĞI “EYNULLANIN AZADLIĞI, ƏLİNİN SEVİNCİ” ÖZÜNÜ NECƏ  DOĞRULTDU…

 FƏRƏMƏZ NOVRUZOĞLUNUN 5 İL ƏVVƏL YAZDIĞI “EYNULLANIN AZADLIĞI, ƏLİNİN SEVİNCİ” ÖZÜNÜ NECƏ  DOĞRULTDU…

2011-ci ildə Eynulla Fətullayev həbsdən buraxıldığı zaman “Eynullanın azadlığı, Əlinin sevinci” adlı bir yazı paylaşmışdım. Həmin vaxt AXCP-nin radikal üzvlərinin kəskin hücumuna məruz qaldım. Cəbhəvari söyüşlər səhifəmi bəzəyirdi. Əlacım yalnız ona qaldı ki, cəbhəçilərə deyim: bir müddət sonra mən bu yazını yenidən paylaşmalı olcam, Eynulla sizləri ağır şəkildə ittiham edəndə…
İndi Eynulla Fətullayev AXCP sədrini Fətullah Gülənin başçılıq etdiyi terror təşkilatına yardım etməkdə günahlandırır. barı mən də verdiyim sözü tutum və 5 il öncə yazdığım yazının diqqət çəkən məqamlarını yenidən paylaşım…  Azinforum.az tanınmış hərəkatçının 5 il əvvəl qələmə aldığı yazını olduğu kimi təqdim edir.
EYNULLANIN AZADLIĞI, ƏLİNİN SEVİNCİ…
Bir də Mirzə Sakitin Kərimliyə və onun “Azadlıq”ına qarşı üsyan bayrağı qaldırması
Eynulla Fətullayev azadlığa buraxıldı…
Çoxları Eynullanın azadlığa çıxmasına sevinir: əlisi də, vəlisi də, pirvəlisi də…
Amma heç də mən o düşüncədə deyiləm ki, bütün sevinənlər hisslərində səmimidir. Əksəriyyət məqsəd güdür…
Eynulla Fətullayev azadlığa buraxıldı. Çoxları buna sevinir, mən də sevinirəm. Ən azı ona görə ki, sözə, fikrə görə kiminsə həbs edilməsinin tərəfdarı deyiləm. Baxmayaraq ki, Fətullayevin həbsinə səbəb olan yazılarda irəli sürülən fikirlərin böyük əksəriyyəti ilə də razı deyiləm…
Amma mənim başa düşmədiyim bir şey var: Eynullanın həbsdən buraxılmasına niyə ən çox Əli Kərimli sevinir? Axı Eynullanın onun haqqında yazdıqları yadımızdadı.
Tutaq ki, mən Eynullanın azadlığına qovuşmasına sevinə bilərəm və həqiqətən də sevinirəm. Çünki Eynullanın şəxsən mənə hər hansı bir pisliyi keçməyib. Həbsxananın nə olduğunu da mən çox yaxşı bilir və kiminsə azadlığının əlindən alınmasını arzulamıram.
Bəs, Əli Kərimli? O niyə sevinir Eynullanın həbsdən buraxılmasına? Doğrudanmı Əli bəy Eynulla barədə fikirlərində səmimidi? Nədənsə mən buna şübhə ilə yanaşıram.
Əli bəy deyib ki, Eynullanın yazdıqlarına hər zaman inanıb, çünki o həmişə doğruları yazıb. Məncə, AXCP sədri bu sözləri merkantil maraqlarından çıxış edərək dilə gətirib. Çünki Eynulla Fətullayevin qələmindən çıxan “Əclaf tarixin ironiyası” (14 oktyabr 2005-ci il) və “Təxribatın iki tacı” (29 noyabr 2005-ci il) adlı yazıları hələ də çoxları unutmayıb. Həmin yazılarında o, AXCP sədrini “siyasi gədəlikdə” və “əclaf” olmaqda günahlandırmış, Yevno Azef və Keşiş Qapon kimi tarixi şəxsiyyətlərlə müqayisə etmişdi. İndi həmin yazıları təkrar açıb oxudum və bir daha əmin oldum ki, Eynullanın azadlığına görə Əli bəyin sevinməsinin arxasında başqa səbəblər yatır. Bəs, görəsən, bu səbəblər hansılardır?

 

eli
Tam əminliklə deyə bilərəm ki, heç atası Emin kişi də Eynullanı mənim tanıdığım qədər tanıya bilməz. Mən Eynullanın aldığı nəfəsi belə bilirəm. Bilirəm ki, zamanı gələndə o, bu gün onunla qucaqlaşıb obyektivlərə poz verən bütün siyasətçiləri əzib keçəcək. Həm də bunu utanmadan edəcək!
Bunu mən bilirəmsə, Əli Kərimli bilmir? Bilir, bilir… Həm də məndən də yaxşı bilir.
Əli bəy çox yaxşı bilir ki, Eynulla Fətullayev sabit adam deyil, zamanı gələndə bu gün tərif dediyinə xaincəsinə zərbə endirə bilər, həm də qurşaqdan aşağı… Bəs elə isə, onun Eynulla ilə məhrəm görünməsinin səbəbi nədir? Yuxarıda da qeyd etdiyim kimi, bunun ən əsas səbəbi AXCP sədrinin merkantil maraqlarından çıxış etməsidi. Fikrimizi başqa cür ifadə etsək belə deyə bilərik ki, Əli Kərimli ilə Eynulla Fətullayev arasında oxşar cəhətlər çoxdu:
hər ikisi cəmiyyətimizin standartları üstündə savad və qabiliyyət sahibidirlər, amma bu qabiliyyətləri onları xudbinləşdirib, eqoizmə sürükləyib;
ikisinin də manevr yetənəyi var;
ikisinin də strateji məqsədi eynidir – şəxsi maraqların ön plana çıxarılması;
məqsədə çatmaq üçün həyata keçirdikləri taktikalar da uyğundur – şantaj, böhtan, təhqir etmək və s.
Bax, bu oxşar cəhətləri olan insanlar üçün daimi dost və ya daimi düşmən prinsipi yoxdu. Belələri maraqları kəsişdiyi məqamda dünkü düşmənliyi unudub dost ola və yaxud da bu gün tərif dediyi adamı sabah qurşaqdan aşağı vura bilir.
Mən heç şübhə etmirəm ki, nə zamansa Eynulla Fətullayev 2005-ci ildə Yevno Azeflə müqayisə etdiyi Əli Kərimlini, bu gün müxalifətin əsas lideri hesab etməsinə baxmayaraq, yenə də ağır ittihamlara məruz qoyacaq, qurşaqdan aşağı vuracaq. Əli bəy isə Eynullanı iqtidarın t….ı, muzdlu mirzəsi adlandıracaq. Məncə, ikisi də haqlı olacaq…
Mən isə bütün bunları yazdığıma görə bu tip adamların zombiləşmiş tərəfdarlarının vəhşi hücumuna məruz qalacağam. Olsun, şəxsən mənim heç bir etirazım yoxdur. Hər kəs öz seçdiyi həyat tərzini yaşayır…

Fərəməz Novruzoğlu

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …

Bir cavab yazın