Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Kriminal / Nazirlik Baş Prokurorluqla birgə süni qiymət artımına qarşı plan hazırlayır

Nazirlik Baş Prokurorluqla birgə süni qiymət artımına qarşı plan hazırlayır

Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixdən Azərbaycan manatının üzən məzənnə rejiminə keçirilməsi barədə qərar qəbul edib.
Manatın kursunda baş vermiş dəyişiklikdən sonra Azərbaycanda süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə cəhdləri müşahidə edilməkdədir.

Modern.az saytı xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi ilə Baş Prokurorluğun mətbuat xidmətləri bu problemə dair birgə məlumat yayıblar.
Məlumatda deyilir ki, süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə cəhdlərinin qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı hazırlanır.

“Süni qiymət artımı və mal-qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə, habelə inhisarçılıq və korrupsiya kimi neqativ halların vaxtında aşkar edilərək qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirilməklə qanun pozuntularına yol vermiş şəxslər barəsində ən ciddi tədbirlər görüləcəkdir”-deyə məlumatda bildirlib

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …

Bir cavab yazın