Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Mərkəzi Bankda təcili toplantı – Kreditlərin taleyi ilə bağlı qərar veriləcək

Mərkəzi Bankda təcili toplantı – Kreditlərin taleyi ilə bağlı qərar veriləcək

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) ölkənin kommersiya banklarının İdarə Heyətinin sədrləri ilə görüş keçiriləcək.

Azinforum.az fins.az-a istinadən xəbər verir ki, bankirlər qurumun baş direktoru Rəşad Orucovla görüşəcək.

Görüşdə milli valyutanın “üzən məzənnə” rejiminə keçirilməsindən sonra bank sektorunda yaranmış vəziyyət, dollarla götürülmüş kreditlərin qaytarılmasındakı çətinlikliklər, bununla bağlı əhali arasında yaranmış narazılıq, vəziyyətdən çıxış yolları müzakirə olunacaq.

AMB-dən o da bildirilib ki, görüşə bütün bank rəhbərləri deyil, kredit qoyuluşunda əhəmiyyətli paya malik olan, sistem əhəmiyyətli bankların sədrləri dəvət olunub. Görüşün nəticəsi olaraq ölkənni bank sektorundakı gərginliyini azaldılması ilə bağlı tədbirlər hazırlana bilər.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın