Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “Manatın taleyi bu gün həll olunmur” – İqtisadçı ekspert

“Manatın taleyi bu gün həll olunmur” – İqtisadçı ekspert

Neçə gün idi ki, bütün iqtisadi göstəricilər yaxın zamanlarda manatın məzənnəsinin kəskin ucuzlaşacağından xəbər verirdi. Manatın məzənnəsi Mərkəzi Bank tərəfindən müəyyən olunsa da, ekspertlər bir çox amillərin milli valyutanın ucuzlaşmasına səbəb olacağını qeyd edirdilər. Təbii ki, burada ən başlıca səbəb neftin dünya bazarındakı qiymətinin kəskin həddə ucuzlaşması idi.

Həmçinin bu gün, yəni dekabrın 16-da Amerikada Federal Ehtiyat Sisteminin (Mərkəzi Bank) iclasının keçirilməsinin də manatın məzənnəsinə təsir edəcək amillərdən biri olacağını bildirirdilər. Bu günkü iclasda ABŞ Mərkəzi Bankının sədri Janet Yellenin 2006-cı ildən bəri ilk dəfə olaraq uçot dərəcəsini artırması gözlənilirdi. Faiz dərəcələrinin 0,25-dən 0,5-ə qədər artırılması Federal Ehtiyat Sisteminin valyuta bazarına ən ciddi maddi müdaxiləsi kimi qiymətləndirilirdi. Bu dəyişikliyin dolların valyuta bazarında daha da möhkəmlənməsinə səbəb olacağı gözlənilirdi. Ekspertlər bildirirdilər ki, bu faktın özü təklikdə manatın məzənnəsinin ucuzlaşmasına səbəb olacaq. Hətta bu baş verməsə belə, Mərkəzi Bankın rezervləri daha sürətlə xərclənəcək.

Azinforum.az xəbər verir ki, iqtisadçı ekspert Samir Əliyev isə manatın taleyinin FED-in bu günkü qərarından birbaşa asılılığının olmadığını bildirib: “Manatın taleyi bu gün həll olunmur. Yəni FED uçot dərəcəsini artırsa belə, bu o demək deyil ki, sabah manat devalvasiya olacaq. Ola bilər ki, dollar sabah manata münasibətdə cüzi bahalaşsın. Ancaq bu bahalaşma həmişəki səviyyədə olacaq. Hətta sabah manatın rəsmi məzənnəsinin ucuzlaşmasını da istisna etmirəm. Bugünkü avro-dollar məzənnəsinin davranışından asılı olacaq. Manatın taleyinin FED-in bugünkü qərarından birbaşa asılılığı yoxdur. Qısası, FED-in uçot dərəcəsini qaldırması manatın mütləq devalvasiyası anlamına gəlməməlidir. Və ya uçot dərəcəsinin qaldırılmaması manatın ucuzlaşmaqdan qurtulması kimi qiymətləndirilməməlidir”.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın