Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Masallı xəstəxanasının önündə qeyri-adi etiraz

Masallı xəstəxanasının önündə qeyri-adi etiraz

Xəstəxanada qəbul edilməyən vətəndaş küçənin ortasında yerə uzanıb. DİA.AZ bildirir ki, bu hadisə dekabrın 15-də Masallı şəhərinin İsgəndərli qəsəbəsində yerləşən xəstəxananın qarşısında baş verib. Xəstənin bu qeyri-adi etirazının isə səbəbi var.

Hadisə şahidlərinin verdiyi məlumata görə, adıçəkilən tibb müəssisəsində qəbul etmədiyinə görə şəkildə gördüyünüz bu vətəndaş yaxınlıqdan keçən yolun ortasında yerə uzanıb.

Nəticədə həmin küçədə avtomobillərin hərəkəti bir müddət məhdudlaşıb, əraziyə xeyli sayda insan toplşıb.

Baş verənlərlə bağlı Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovdan mövqe öyrənmək mümkün olmayıb.

DİA.AZ bildirir ki, xəstəni qəbul etmədiklərinə görə, belə bir etiraz forması seçib. Qarşı tərəfi də dinləməyə hazırıq…

Masallı xəstəxanasının önündə qeyri-adi etiraz…

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın