Ana səhifə / Kriminal / İran enerji sektoruna 180 milyard dollar yatıracaq: “Azərbaycan qədər neft ixrac etmək qəbul olunmazdır”

İran enerji sektoruna 180 milyard dollar yatıracaq: “Azərbaycan qədər neft ixrac etmək qəbul olunmazdır”

İranın neft naziri Bijan Zangane ölkənin neft-qaz və kimya sektoruna 2022-ci ilə qədər 180 milyard dollar investisiya qoyulacağını açıqlayıb. Berlində keçirlən energetika və təhlükəsizlik sammitində çıxış edən nazir deyib ki, İran həmişə enerji daşıyıcılarının etibarlı təchizatçısı olub. İndi ölkə energetika bazarında itirilmiş mövqelərini bərpa etmək istəyir.

ABŞ və Avropa ölkələrinin sanksiyası nəticəsində İranda gündəlik neft hasilatı 1 milyon barrelə qədər enib. Zangane deyib ki, İranın neft ixracı ən azı gündə 4 milyon barrelə çıxmalıdır. “Bu səviyyəyə qalxmaq üçün bizə yeddi-səkkiz ay lazımdır. Üç il ərzində isə biz hasilatı sutkada 5.7 milyon barrelə çıxaracağıq”-nazir bildirib. “Dünyada neft ehtiyatlarının həcminə görə üçüncü-dördüncü yerdə ola İranın Azərbayanın ixrac etdiyi neft qədər neft ixrac etməsi qəbuledilməzdir”-Zangane əlavə edib.

Nazir deyib ki, İranla Qərb arasında nüvə anlaşması bütün maliyyə və iqtisadi sanksiyaların götürülməsini nəzərdə tutur. “Mühüm olanı budur ki, sanksiyaların götürülməsindən sonra biz dünya bazarında mövqelərimizi tezliklə bərpa etməliyik”-Zangane bildirib.

Həmçinin oxuyun

60 yaşlı kişini yuxuda öldürdülər – Bütün ailə evdə olub

Bakıda 60 yaşlı kişinin yatarkən öldürülməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Bakı Şəhər Prokurorluğundan …

Bir cavab yazın