Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Anar Yusifoğluna İTV-də yeni vəzifə verildi

Anar Yusifoğluna İTV-də yeni vəzifə verildi

Tanınmış jurnalist Anar Yusifoğluya çalışdığı İctimai Televiziyada (İTV) vəzifə verilib.
O, televiziyanın İnformasiya və ictimai-siyasi proqramlar departamentinin direktoru təyin olunub.
Məsələ ilə bağlı Anar Yusifoğlu ilə əlaqə yaratmaq cəhdimiz baş tutmasa da, İTV-nin mətbuat xidmətindən faktı təsdiq ediblər.
Qeyd edək ki, Anar Yusifoğlu İTV yaranandan orada çalışıb, televiziyanın qurulmasında yaxından iştirak edib.
Lakin televiziya rəhbərliyi dəyişəndən sonra o, İTV-nin Analitik proqramlar departamentinin direktoru vəzifəsindən öz ərizəsi ilə işdən azad edilib.
Bu il yanvarın 6-da isə yenidən İTV-yə qayıdıb(Aznews.az).

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın