Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / “Hər buzova görə 100 manat veriləcək” – NAZİR

“Hər buzova görə 100 manat veriləcək” – NAZİR

Son 2 ildə Azərbaycana 7 min 400 ədəddən artıq müxtəlif növ kənd təsərrüfatı texnikası alınıb gətirilib. Fins.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov iyunun 6-da Bakıda keçirilən III Donor Əlaqələndirmə Görüşündə bildirib.

Qeyd olunub ki, alınan kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizinin ödənməsi ilə bağlı qərardan sonra bu istiqamətə 60 milyon manatdan çox vəsait ayrılıb.

Süni mayalama ilə bağlı görülən işlərdən də danışan nazir deyib: “Süni mayalama yolu ilə doğulan hər bir buzova görə sahibkara 100 manat subsidiya verilməsi qərara alınıb. Düşünürəm ki, artıq payızdan ödəmələrə başlanılacaq. Ötən il 5 min başdan çox buzov süni mayalama yolu ilə doğulub. Bu il daha yüksək rəqəm gözləyirik. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu məqsədlə Süni Mayalama Mərkəzi yaradılıb və bir neçə aydan sonra istifadəyə veriləcək. Düşünürəm ki, bu da süni mayalamada kütləviliyə nail olmağa təsir edəcək.”

H.Əsədov, həmçinin bildirib ki, Süni Mayalama Mərkəzinin 12 regionda filialları yaradılacaq

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın