Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / İTV-dən çıxarıldığı bildirilən jurnalist: “Kimlərsə karyera davası etsə də…”

İTV-dən çıxarıldığı bildirilən jurnalist: “Kimlərsə karyera davası etsə də…”

İctimai Televiziyada əməkdaşların kütləvi şəkildə işdən çıxarılması barəsə məlumat yayılıb.
Musavat.com xəbər verir ki, işdən çıxarıldığı bildirilən jurnalistlərdən biri, böyük redaktor Esmira Qasımova bununla bağlı bəyanat yayıb.
 
Esmira Qasımova bildirib ki, narahatlıq dolu zənglər alır:“Burdan açıqlamaq məcburiyyətindəyəm ki, mən və TV sahəsində özünü dəfələrlə sübut edib doğrultmuş dostum Mais Ağayev (böyük redaktor – red) işdən ayrılmamışıq, öz işimizin başındayıq. Biz hər ikimiz bu sahədə uzun illərdir çalışırıq, dişimiz-dırnağımızla evimizə çörək aparırıq. Kimlərsə dünən bu sahəyə gəlib karyera davası etsə də, biz bunu əsla etmədik. Bizim adımız reytinq üçün kiməsə lazımmış. Kimsə ayaqqabılarımızı geyinə bilər. Amma mənim yerişimi yerimək üçün ən azı 21 il bu sahədə külüng döyməlisən”.
Qeyed edək ku, “Turan” agentliyinin yaydığı məlumata görə, iyunun 1-dən İnformasiya Departamentinin direktoru Elgün İbrahimov, Türkiyədəki müxbirlər Rəhimə Mirzəyeva və Dilqəm Mirzəyev, Mərkəzi Asiya üzrə müxbirlər Füzuli Məcidli və Reyhan Məcidli, böyük redaktor Mais Ağayev, böyük redaktor Esmira Qasımova, müxbir Dilavər Seyidov, rus dilində verilişlərin aparıcısı Tamilla Şirinova, siyasi icmalçı Bəxtiyar Səlimov, müxbir Rauf Nəbiyev işdən azad ediliblər. Bu həftə daha 7-8 əməkdaşın işdən azad ediləcəyinin nəzərdə tutulduğu bildirilir.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın