Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Dövlət 500 milyon dollarlıq istiqraz buraxır

Dövlət 500 milyon dollarlıq istiqraz buraxır

“Marja” xəbər verir ki, Maliyyə Nazirliyi 300 milyon dollarlıq qısamüddətli, 200 milyon dollarlıq ortamüddətli istiqraz buraxır.

Qısamüddətli istiqrazların hər birinin nominal dəyəri 100 dollar, sayı isə 3 milyon ədəd, ortamüddətli istiqrazların hər birinin nominal dəyəri 100 dollar, sayı isə 2 milyon ədəddir.

26 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 ABŞ Dolları olan 3 000 000 ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti 47S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

26 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 ABŞ Dolları olan 2 000 000 ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti 48S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Qeyd edək ki, bir neçə gün öncə maliyyə naziri Samir Şərifov dövlət büdcəsinin kəsrini örtmək üçün istiqraz buraxılacağını, dollar istiqrazlarına 3%, Manat istiqrazlarına isə 10-12%-dən yuxarı gəlir təklif edəcəklərini bildirmişdi.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın