Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Aydın Əliyevin katibəsinin biznes imperiyası haqda – ŞOK MƏLUMAT

Aydın Əliyevin katibəsinin biznes imperiyası haqda – ŞOK MƏLUMAT

Teref.info Gömruk Komitəsi sədrinin və onu xanım köməkçisinin biznes imperiyası haqqında faktlar açıqlayıb:
“Azərbaycanda iri ranqlı məmurların, nazirlərin korrupsiya əməlləri, biznes şəbəkələri haqda mətbuatda bir çox yazı yayımlanıb.
Belə məmurlardan biri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və onun yaxın ətrafıdır.
Daha sonra Teref.infoya məlumat verən mənbə gömrük generalı və onun yaxın qohumu olan katibəsi haqda şok faktlar açıqlayıb.
“Məlumata görə, Aydın Əliyevin baldızı olan Şaciyə adlı xanım Azərbaycan, Gürcüstan və Türkiyədə biznes imperiyası yaradıb.
Şaciyə xanım Bakıda ən prestijli gözəllik salonlarının, tort mağazalarının, restoranların sahibəsidir.
Onun hansı yolla varlandığı haqda məlumat verən mənbə bildirdi ki, Şaciyə xanım Aydın Əliyevin köməkliyi və birbaşa dəstəyi ilə xaricdən Bakıya gətirilən su və bir sıra ərzaq məhsullarının monopolistinə çevrilib. Bir neçə ilə milyonçuya çevrilən xanımın axır vaxtlar heç də mətbuatın səhifələrindən düşməyən bir şəxsdir. Onun barəsəində gələn sayımızda xüsusi yazımız olacaq……
Şaciyə xanım Aydın Əliyevin xeyir – duası və adı bizə məlum olan bu ortağının köməyi ilə ölkəyə gətirilən məhsullara “krişalıq” edib.

Son olaraq Aydın Əliyevin katibəsi və qohumu olan Şaciyə xanıma məxsus olan obyektlərin siyahısını təqdim edirik:
Bakının ən məşhur restoranlarından olan “Fayton”

“Elbara” restoranı
“Hoologans Pub”
“De Luxe” restoranı
“Peony art Baku” toyların və nişanların təşkili
“Shaddy” tort mağazası
Şəhərin mərkəzində fəaliyyət göstərən 10-a yaxın gözəllik salonu
Turizm şirkətləri
Eyni zamanda biznesvumenin Türkiyə və Gürcüstanda bir çox şirkətin sahibəsidir. Ölkədə işsizliyin artdığı, sosial narazılığın çoxaldığı bir zamanda Şaciyə xanım ağıllı addım ataraq, biznesinin bir hissəsini qonşu ölkələrə köçürüb. Əslən Gürcüstandan olan gömrük generalı Aydın Əliyev oradakı biznesini də xanım bilavasitə özü və yaxın qohumları vasitəsilə həyata keçirir.”

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın