Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Dollar kəskin bahalaşa bilər

Dollar kəskin bahalaşa bilər

“JP Morgan Chase” (Cİ-pi Morqan) ABŞ Mərkəzi Bankı FED-dən gözlənildiyi kimi, dekabr toplantısında faiz artırımı olması halında dollarda “rallinin” (bahalaşmanın) daha 6 ay davam edəcəyi proqnozunu verib.

Marja.az bildirir ki, “JP Morgan”ın valyuta əməliyyatları üzrə direktoru Con Normand dolların gələn ilin ortalarında zirvəyə çıxacağını proqnozlaşdırıb.

Dünyanın ən iri valyuta əməliyyatı aparan banklarından biri olan “JP Morgan”la bərabər, “Deutsche Bank” və “Barclays” da dolların ABŞ-ın pul siyasətini sərtləşdirməsi ilə əlaqədar olaraq dolların yüksəlməsini gözləyirlər.

Dollar ABŞ-dakı 271 minlik güclü kənd təsərrüfatı xaric, məşğulluq göstəricisi ilə bu ay təxminən 1,6% bahalaşıb.

Qeyd edək ki, dollar manat qarşısında da bahalaşır. Dünyada dolların bahalaşması Azərbaycan manatının da məzənnəsinə ötürülür.

“Mərkəzi Bank tərəfindən məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu ikivalyutalı səbət mexanizmi çərçivəsində həyata keçirilməsi ilə əlaqədar beynəlxalq valyuta bazarında avro/dollar məzənnəsində baş verən gündəlik dəyişikliklər qismən milli valyutanın məzənnəsinə ötürülür”, – Azərbaycan Mərkəzi Bankı bildirmişdi.

Dolların bahalaşması 6 ay davam edərsə və bu, həmin dövrdə də manatın məzənnəsinə ötürülərsə, qarşıdakı dövrdə manatın dollar qarşısında xeyli “öləcəyini” gözləyə bilərik.

Qeyd edək ki, bu gün dollar/manat məzənəsi 1,0506-ya qalxıb

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın