Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Fransa xalqı öz siyasi rəhbərlərinin yanlış siyasətinin cəzasını çəkir” – Partiya sədri

“Fransa xalqı öz siyasi rəhbərlərinin yanlış siyasətinin cəzasını çəkir” – Partiya sədri

“Bizim bəzi saxta insanlar başqa dövlətlərdə hansısa hadisə baş verəndə onların müdafiəçisi kimi çıxış etməyə başlayırlar. Birincisi, Fransa xristian dövlətidir, bu günə kimi bizə heç bir xeyri dəyməyib. Fransa həmişə oradakı ermənilərlə əlbir olaraq bizim inkişafımıza zərbə vurmaqla məşğuldur. Son vaxtlar ATƏT-in Minsk qrupunda da heç bir fəaliyyət göstərmirlər. Ona görə də bu dövlətin bayrağının profil şəkli edilməsinə ehtiyac yoxdur”

Bu fikirləri Ölkə.az-a açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib.

Hafiz Hacıyev Fransada törədilmiş terror aktından sonra Azərbaycan vətəndaşlarının sosial şəbəkədə Fransa bayrağını profil şəkli etməsinə münasibət bildirərkən səsləndirib. Partiya sədri bildirib ki, məhz Fransanın dəstəyi ilə ermənilər Bakı metrosunda terror aktı törədiblər:

“Fransa bu günə qədər Azərbaycan üçün xeyirli bir iş görməyib. Bəli, terroru biz də pisləyirik. Biz də terrordan əziyyət çəkən dövlətlərdənik. Elə Fransanın öyrətməsi ilə ermənilər Bakı metrosunda terror hadisəsi törətdilər, nə qədər adamlarımız öldü. Dağlıq Qarabağın alınmasında Ermənistana himayədarlıq edən dövlətlərdən biri də Fransadır. Saxta məhəbbətlə hər dövlətə qucaq açdığımıza görə bu günlərə qalmışıq. Fransa bəzi dövlətlərdə terror aktları həyata keçirir, siyasi iradəsi güclü olan dövlətləri sındıra bilməyəndə həmin ölkələrdə müəyyən aksiyalar təşkil edir. Biz Fransa xalqına başsağlığı vermişik. Amma bu o demək deyil ki, biz onların dərdini çəkməliyik. Bu gün Fransa xalqı öz siyasi rəhbərlərinin yanlış siyasətinin cəzasını çəkir. Fransa bayrağının profil şəkli edilməsi saxta məhəbbətin, saxta təfəkkürün nəticəsidir. Onlar dünyada baş verən siyasi proseslərdən xəbərsiz insanlardır. Dünyada gedən prosesləri izləməyən, təfəkkürdən qıt insan ancaq belə edə bilər. Biz öz dövlətimizi, xalqımızı sevməliyik”.

Xatırladaq ki, noyabrın 13-də Fransanın paytaxtı Parisdə törədilən terror aktı nəticəsində onlarla insan həlak olub, bir o qədər insan yaralanıb.

 

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın