Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Dərman idxalçılarına xəbərdarlıq edildi

Dərman idxalçılarına xəbərdarlıq edildi

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) dərman vasitələrinin qablaşdırmasının türk dilində olmasına icazə verilməsi ilə bağlı dərman vasitəsi idxalçılarına və xarici istehsalçı şirkətlərin Azərbaycandakı rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, xəbərdarlıqda bildirilib ki, Nazirlər Kabinetinin 16 dekabr 2016-cı il tarixli 513 nömrəli qərarı ilə “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na dəyişiklik edilərək dərman vasitəsinin qablaşdırmasının Azərbaycan, rus və ingilis dillərindən başqa, həm də türk dilində olmasına icazə verilib.

Qeyd olunub ki, türk dilində qablaşdırmaları olan dərman vasitələrini idxal edə bilmək üçün istehsalçı tərəfindən həmin qablaşdırmalar Azərbaycan Respublikasında “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 8 nömrəli Əlavəsinə uyğun olaraq qeydiyyata salınmalı və təsdiq edilməlidir, həmçinin istifadə təlimatının Azərbaycan dilində olması mütləqdir.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın