Ana səhifə / Kriminal / Maliyyə resursları 10 bankın əlində cəmləşib – SİYAHI

Maliyyə resursları 10 bankın əlində cəmləşib – SİYAHI

Devalvasiyanın bank sektorunda yaratdığı ən ciddi problemlərdən biri resursların daha sərt şəkildə təmərküzləşməsidir. Bu barədə fikirlərini iqtisadçı ekspert Rövşən Ağayev bölüşüb.

Bildirib ki, təmərküzləşmə problemi devalvasiyadan öncə də mövcud idi, amma son 2 ildə daha sərt şəkildə davam edib. “2014-cü ilin yekunlarına görə, bank aktivlərinin təmərküzləşməsi üzrə Herfindal indeksi 1450-yə bərabər idi. Bu indeks 1000-1800 intervalında olduqda orta səviyyədə təmərküzləşməni nümayiş etdirir. 1800-ü ötdükdə “yüksək təmərküzləşmə” səviyyəsi hesab edilir”.

2016-cı ilin 9 ayının yekunlarına görə, top 10-luqda olan bankların aktivlərinin həcmi əsasında aparılan qiymətləndirməyə görə, Azərbaycanın bank sektorunda aktivlərin təmərküzləşməsi üzrə konsentrasiya indeksi 1950-yə yüksəlib.

Bu isə o deməkdir ki, ölkənin maliyyə resurslarının 80%-i bu bankların əlində cəmlənib:

1. Azərbaycan Beynəlxalq Bankı

2. Kapital Bank

3. Paşabank

4. Xalq Bank

5. Accessbank

6. Bank Respublika

7. Azər Türk Bank

8. Unibank

9. Azərbaycan Sənaye Bankı

10. Bank of Baku

Xatırladaq ki, bu araşdırma bankların 2016-cı ilin 9 ayının nəticələrinə əsasən aparılıb. Yalnız Azərbaycan Beynəlxalq Bankı 9 aylıq hesabatları açıqlamadığına görə indeksi bankın 6 aylıq nəticələrinə əsasən müəyyən edilib.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın