Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bu sahədə çalışanlar 900 manatdan çox əmək haqqı alır

Bu sahədə çalışanlar 900 manatdan çox əmək haqqı alır

2017-ci ilin yanvar-mart aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 87,9 min nəfər təşkil edib, onların 40,4 min nəfəri binaların tikintisində, 24,1 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23,4 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, işçilərin 30,2 faizi dövlət, 69,8 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olub.

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz artaraq 835,4 manata çatıb. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 970,8 manat, dövlət sektorunda isə 526,7 manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə orta aylıq nominal əmək haqqı binaların tikintisində işləyənlər üzrə 15,7 faiz, mülki təyinatlı inşaat işlərində çalışanlar üzrə 5,9 faiz artıb, ixtisaslaşdırılmış tikinti işlərində çalışanlar üzrə isə 14,4 faiz azalıb. Tikinti müəssisələrinin 60,1 faizində işçilərin orta aylıq nominal əmək haqqı 300 manatdan aşağı, 29,6 faizində 301-600 manat, 3,5 faizində 601-900 manat, 6,8 faizində isə 900 manatdan yüksək olub.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın