Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Şamaxılı sahibkar rayon rəhbərliyindən prezidentə şikayət etdi…

Şamaxılı sahibkar rayon rəhbərliyindən prezidentə şikayət etdi…

Şamaxıdan Moderator.az – ın poçtuna gələn şikayət məktubunu olduğu kimi təqdim edirik:

Cənab Prezident!

Nazirlər Kabinetində keçirilən iclasda sahibkarların fəaliyyətinə məmurlar tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması barəsində söylədiyiniz fikirləri alqışlayıram.

Cənab Prezident!

Mən 20 ildir sahibkarlıq fəaliyyətilə məşğul oluram, Şamaxı rayonunda evimizin qarşısında inşa etdirdiyim kommersiya obyektimi təyinatı üzrə fəaliyyət köstərməyinə imkan vermirlər. Sizə ünvanladığım çoxsaylı müraciətlərimə baxmırlar, hətta 2011 – ci il 13 sentyabrda Sizin Şamaxı rayonuna səfəriniz zamanı maşın karvanınızın qarşısına çıxaraq müşavirinizə təqdim elədiyimiz şikayət ərizəmizə də baxmadılar, artıq 4 ildir ki, bu məsələ həll edilməz qalıb.

Cənab Prezident!

Mən müharibə iştirakçısıyam, ali təhsilim var, yeganə gəlirim kiçik sahibkarlıqdandır ki, onunla da məşğul olmağa imkan vermirlər, hal – hazırda işsizəm, mənimlə birlikdə işləyən qardaş və bacılarım, onların ailə üzvlərinin hamısı işsiz qalıblar. Yaxın qohumlarımdan əlavə bu kommersiya obyektində rayon əhalisi üçün əlavə bir neçə iş yeri açıla bilərdi, amma nəfsi Həzrət Əlinin qılıncından iti olanlar buna imkan vermədilər…

Cənab Prezident!

Mən bir müharibə iştirakçısı kimi Sizdən artıq dərəcədə xahiş edirəm ki, sahibkarlıq fəaliyyətimə edilən qanunsuz müdaxilələrə son qoyulması və kommersiya mağazamın təyinatı üzrə fəaliyyət göstərməsi üçün Şamaxının rəhbərliyinə ciddi tapşırıq verməklə mənə köməklik edəsiniz.

Hörmətlə, Elşən Səmədov.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın