Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bakıda saxta əlillik dərəcəsi verən həkimlə bağlı hökm ləğv edildi

Bakıda saxta əlillik dərəcəsi verən həkimlə bağlı hökm ləğv edildi

Ali Məhkəmədə Bakıda vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Könül Sultanovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prsoesdə qərar elan edilib.

Qərara əsasən, hökm və ya qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə K.Sultanovaya 3 min manat məbləğində cərimə kəsilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Qeyd: K.Sultanova 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

“Aparılan istintaqla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-in 15 saylı şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının üzvləri Mehparə Məmmədova və K.Sultanovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək fəaliyyət göstərdikləri Komissiyaya müraciət edən şəxslərə əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə onların xəstəlikləri barədə məlumatları bilərəkdən ağırlaşdırıb təhrif edilən formada rəsmi elektron informasiya resursuna daxil etmələrinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən olunub”, – Baş Prokurorluğun məlumatında bildirilirdi.

Hər iki vəzifəli şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, cinayət işləri aidiyyəti üzrə məhkəməyə göndərilib.

M.Məmmədovanın cinayət işi ayrıca icraata ayrılıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …