Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Zümrüd boşandığı əri ilə yenidən evlənir

Zümrüd boşandığı əri ilə yenidən evlənir

Tanınmış aparıcı və aktrisa Zümrüd Qasımova boşandığı həyat yoldaşı Nazim Zeynalovla yenidən evlənir. 
OLAY-ın əldə etdiyi məlumata görə, cütlüyün nikahı Ramazan bayramından sonra reallaşacaq. 
Bundan əlavə, Qasımova dost və yaxınlarını ətrafına yığıb toy etməyi də düşünür.
Qeyd edək ki, Z.Qasımovanın keçmiş həyat yoldaşı N. Zeynalov hüquq mühafizə orqanlarında yüksək vəzifədə çalışır. Keçən ilin sentyabr ayında tərəflər Zeynalova Zümrüd Bəxtiyar qızı və Zeynalov Nazim Zakir oğlu boşanmaq üçün ədliyyə orqanlarına ərizə ilə müraciət ediblər.
Tərəflərin qarşılıqlı razılığı ilə onların birgə nikahına 5 saylı Bakı “Asan Xidmət” mərkəzində son qoyulub. 
Onlara nikahın pozulması haqqında şəhadətnamə təqdim olunub. 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …