Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Bakıda gəlinini doğrayan qayınatanın qonşuları nələr dedi? – VİDEO

Bakıda gəlinini doğrayan qayınatanın qonşuları nələr dedi? – VİDEO

Yanvarın 27-də Bakının “Vorovski” adlanan məhəlləsində baş verən hadisənin təfərrüatları heç kəsə məlum olmadı.

Amansızlıqla qətlə yetirilən 33 yaşlı Banu Məhərrəmovanın həyat yoldaşının uzun müddətdir ki, Kanadaya getdiyini və orada qaldığını öyrəndik. Ailənin sakit və heç kəslə ədavəti olmadığı barədə məlumatı qonşulardan əldə etdik. Gediş-gəlişin az olduğu, sükut dolu küçənin sakinləri dəhşətli cinayətin dəqiq səbəblərinin onlara da sirr qaldığını dedilər. Hadisədən geriyə qalan real və üzüntülü məsələ isə Məhərrəmovlar ailəsinin 2 azyaşlı uşağının yetim qalmasıdır.

Qeyd edək ki, yanvarın 27-də gecə saat 1 radələrində Nəsimi rayonu Əliskəndər İskəndərov küçəsindəki zibil qutularından 5 ədəd torbada doğranmış qadın cəsədi tapılıb. Hadisə sosial şəbəkə izləyicilərinin hiddətinə səbəb oldu. Cinayəti törədən şəxsin kimliyi bilinəndə isə hər kəs təəccübləndi. Aparılan araşdırma zamanı 33 yaşlı Banu Məhərrəmovanın 75 yaşlı qayınatası İdris Məhərrəmov tərəfindən amansızcasına qətlə yetirib, daha sonra parçalara bölünərək, zibil qutusuna atıldığı müəyyən olundu. O, dərhal saxlanılaraq həbs olunub. İlkin araşdırmalar zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi qeyd edilir. 

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …