Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Gürcüstandan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Gürcüstandan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

2020-ci ildə Gürcüstandan 49 nəfər xarici ölkə vətəndaşı deportasiya edilib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin illik hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə deportasiya ilə üzləşən əcnəbilərin sayında iki dəfədən çox azalma qeydə alınıb.

Qonşu ölkədən çıxarılan əcnəbilərin 7-si Azərbaycan vətəndaşı olub.

2019-cu illə müqayisədə Gürcüstandan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı 25 nəfər azalıb. (Report)

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …