Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Dursun Həsənovun şirkəti üzə çıxdı – SƏNƏD

Dursun Həsənovun şirkəti üzə çıxdı – SƏNƏD

“Xarici İşlər Nazirinin müavini Ramiz Həsənovun qardaşı Dursun Həsənov 2013-cü ildə Gürcüstanda qeydiyyatdan keçmiş ICE BOX INTERNATIONAL LTD şirkətinin səhmlərinin 50 faizinə sahibdir”.


Bu haqda məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

“Şirkətin digər 50 faizlik hissəsi Ramiz Həsənovun yaxın qohumlarından birinə – Sabir Almaz oğlu Həsənova məxsusdur.
İki il əvvəl ICE BOX INTERNATIONAL LTD adı ilə daha bir şirkət Beliz adalarında qeydiyyatdan keçib. Bu şirkətin də diplomat qardaşlara aid olmadığı məlum deyil.
Dursun Həsənov hələ ötən ilin avqustunda XİN-də aşkar edilmiş korrupsiya qalmaqalından sonra Azərbaycanın Gürcüstandakı səfiri vəzifəsindən azad olunmuşdu. Həmin vaxt mətbuatda onun və nazir müavini olan qardaşının DTX-da dindirildiyi barədə məlumat yayılsa da, Ramiz Həsənov bu iddiaları təkzib etmişdi.
Səfir kimi təmsil etdiyin ölkədə bilavasitə şirkət sahibi olasan, Azərbaycanda bundan heç kimin xəbəri olmasın” – C.Həsənli qeyd edib.  Fotoları təqdim edirik

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …