Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Azərbaycandan xaricə kart vasitəsilə pul köçürmələri dayandırıldı

Azərbaycandan xaricə kart vasitəsilə pul köçürmələri dayandırıldı

Azərbaycanda “Mastercard” şirkətinin “MoneySend” xidməti vasitəsilə kartdan karta pul transfer funksiyası qismən məhdudlaşdırılıb. Bu barədə “Trend”ə bank sektoruna yaxın mənbədən xəbər verilib.

Mənbənin bildirdiyinə görə, yerli kartlardan xarici emitent banka transfer funksiyası bir müddətdir ki, dayandırılıb.

Funksiyanın dayandırılma səbəbi, eləcə də nə vaxt bərpa olunacağı məlum deyil.

Qeyd edək ki, bir neçə bankdan “Trend”ə “MoneySend” xidmətinin dayandırıldığını təsdiqlədilər.

“MasterCard MoneySend” xidməti ilə müştəri banka gəlmədən ölkə daxili və xaricinə pul köçürmələri edə bilərdi. Hazırda şirkət Azərbaycanın 28 bankı ilə əməkdaşlıq edir.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın