Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Manat ucuzlaşdıqca vəziyyət pisləşəcək — Ekspertdən xəbərdarlıq

Manat ucuzlaşdıqca vəziyyət pisləşəcək — Ekspertdən xəbərdarlıq

Bu gün başlanan Federal Ehtiyatlar Sisteminin (FES) yığıncağı yenə də dünyanın diqqət mərkəzindədir.

Tanınmış iqtisadçı Vüqar Bayramov bu barədə bildrib ki, ABŞ birjaları artıq FES-in toplantısına reaksiya verməkdədir:

“Hazırda indekslər yeni artım rekordunu təzələyiblər. Yığıncaqda uçot dərəcəsinin 0.25 faiz artırılacağı gözlənilsə də, hələlik müşahidəçilər proqnoz verməkdə maraqlı görünmürlər. FES-də qərarların qəbulunun asan müzakirələrdən keçmədiyini nəzərə alsaq, sadəcə hansı qərarın elan ediləcəyini gözləmək lazımdır”.
Bu baxımdan, nəticəni proqnozlaşdırmaq praktik olaraq mümkün deyil. Əgər FES uçot stavkasını artırarsa, bu, qlobal və eləcə də, Azərbaycan bazarına necə təsir göstərəcək?

V.Bayramov qeyd edib ki, qlobal valyuta bazarı son bir ayda FES-in potensial qərarına hazır olmağa çalışdı:

“Son həftələr ABŞ dollarının möhkəmlənməsi də həmçinin bu psixoloji təsirlərlə əlaqədar idi. Təbii ki, bizim üçün ən önəmlisi manatın məzənnəsinə necə təsir göstərməsidir. Aydındır ki, uçot dərəcəsi artırılacağı halda manata psixoloji təsir yüksələcək. Bu həmçinin daxili valyuta bazarında dollara tələbin daha da artması ilə müşahidə ediləcək. Bu baxımdan, Mərkəzi Bankın bütün potensial ssenarilərə hazır olması vacibdir. Çünki bu halda söhbət valyuta bazarında dollar tələbinin təklifi yenidən kəskin üstələməsindən gedə bilər”.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın