Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Azərbaycanda üç min manata xoruz satılır — VİDEO

Azərbaycanda üç min manata xoruz satılır — VİDEO

Sumqayıtın Corat qəsəbəsində xüsusi olaraq döyüşkən xoruzlar yetişdirilir. İsayevlər ailəsi illərini bu işə sərf ediblər. Bayram günlərində döyüşdürülən xoruzların qiyməti isə eşidənləri şoka salır. Bir xoruza görə üç min manat verən həvəsəkarlar da var.

Namiq İsayev qırt yatan xüsusi toyuqlardan bu cür xoruzlar əldə edərək yetişdirir. Xoruzlar əsasən türk və indoneziya növlərinə aiddir.

Sahibinin “çənə”, “sarı”, “induş” kimi ləqəblər verdiyi xoruzlar əsasən mart ayında, Novruz bayramı ərəfəsində həvəskarlar tərəfindən döyüşdürülür.

Xoruzları 5-6 aylıq olanda bir yerdə saxlamaq olmaz, çünki döyüşərək bir-birini öldürə bilərlər. Quşlar bəzən insanlara da hücum edirlər.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın