Ötən il Azərbaycanda vergidən yayınmaya görə 71 nəfər, keyfiyyətsiz məşhsul istehsalına görə 12 nəfər, kreditlərini ödəmədiyinə görə 2 nəfər azadlıqdan məhrum edilib və ya başqa formada cəzalandırılıb.
Bu barədə fins.az-ın sorğusuna cava bolaraq Dövlət Statistika Komitəsindən bildirib. Komitənin fins.az-a təqdim etdiyi rəqəmlərə görə, Azərbaycanda iqtisadi sahədəki cinayətlərə görə, məhkum olunanların sayı artıb. 2015-ci ildə bu maddələrdə tutulanların sayı 3850 nəfər olub. Bir il əvvəl – 2014-cü ildə isə belələri 3678 nəfər idi.
Belə halların əksəriyyəti (3569-u) mülkiyyət əleyhinə olan cinayətlərə, bir hissə (281) isə iqtisadi fəaliyyətə aid cinayətlərə aiddir.
Statistika komitəsinin məlumatına görə, iqtisadi cinayətlər törədən şəxslərə qarşı müxtəlif cəzalar tətbiq edilib. Belə şəxslərə qarşı ən çox təbiq edilən cəza üsulu azadlıqdan məhrum etmədir. Belə ki, 281 nəfərdən 166-sı müxtəlif müddətlərdə azadlıqdan məhrum edilib. Ötən il isə belələrinin sayı 152 idi. 63 nəfər şərti cəza alıb, 18 nəfər isə islah işlərinə cəlb edilib. 28 nəfər cərimə edilib, 6 nəfər isə digər üsullarla cəzalandırılıb.
İqtisadifəaliyyətsahəsində törədiləncinayətlər üzrə məhkumlaratətbiqolunmuş əsascəzatədbirləri (nəfər) | ||
2015 | 2014 | |
Məhkum olunanların sayı – cəmi | 281 | 260 |
o cümlədən cəza növləri üzrə: | ||
müəyyən müddətə azadlıqdan məhrum olunanlar | 166 | 152 |
islah işlərinə cəlb olunanlar | 18 | 20 |
şərti məhkum edilənlər | 63 | 50 |
cərimə edilənlər | 28 | 35 |
digər cəza növləri ilə cəzalandırılanlar | 6 | 3 |